Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib

Azərbaycandan Türkiyəyə stasionar generatorlar göndərilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən zərər çəkən insanlara dəstək tədbirlərinin icrası davam etdirilir.

Mühəndis Qoşunlarının təminatından qardaş ölkəyə yüksək gərginlikli generatorlar göndərilib.

Fasiləsiz elektrik enerjisinin təminatı məqsədilə göndərilən generatorlar nəqliyyat vasitəsilə Türkiyəyə yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə