Məşhur türk aktyor Tarık Emir Tekin hərbi xidmətə yollanır. SİA xəbər verir ki, aktyor sevgilisi ilə birgə restorandan çıxarkən jurnalistlərə açıqlamasında bu xəbər barədə bildirib. Tekin açıqlamasında bu həftə əsgərliyə gedəcəyini və xidmət çəkəcəyi yeri də açıqlayıb. O, "Bu həftə hərbi xidmətə yollanıram. Buna görə də, sevgilimlə sonuncu dəfə görüşmək üçün kafedə çay içdik",- deyə bildirib.

Jurnalistlərin harada xidmətdə olacaqsan sualına isə gənc aktyor zarafatyana, "Fənərbaxça"da qalıram, amma Maltəpəyə düşdüm" şəklində cavab verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə