Artıq yaşamaq şansı azdır - MÜĞƏNNİ AÇIQLADI

"Zaurla Günaydın" verlişinə qonaq olan Nadir Qafarzadə bacısının xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirib. SİA xəbər verir ki, müğənni SMA xəstəliyindən əziyyət çəkən balaca Amirə bu səbəbdən kömək edə bilmədiyini açıqlayıb.

O, “Bu aralar sıxıntılarım var. Ürəyim burada idi, amma az məbləğ kömək etmək istəmədim. Bacımın xəstəliyi ilə bağlı hər həftə ona iynə vurulur. Artıq yaşamaq şansı azdır”,- deyə açıqlama verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə