18 il saysız-hesabsız sənətçiləri mükafatlandırmağa davam edən "Kral Müzik ödülləri" bu dəfə Azərbaycanlı sənətkarları da öz siyahısına daxil edib. SİA-nın verdiyi xəbərə görə, xalq artisti Aygün Kazımova və Röya Ayxan da azərbaycanlı müğənnilər içindən seçilərək bu mükafata namizədlər siyahısına qatılıb. http://www.turkiyemuzikodulleri.com/ saytında ən yaxşı qadın ifaçısı və ən yaxşı sinql nominasiyaları üzrə Aygün Kazımova və Röya Ayxanın da adı var.

Qeyd edək ki, ilk dəfə olaraq, azərbaycanlı sənətçilər belə mötəbər bir müsabiqədə təmsil olunur. Aygün Kazımova "Hayat ona güzəl", Röya Ayxan isə "Göndər" mahnıları ilə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə