Azərbaycanlı müğənni rusiyalı ifaçı ilə - EKSKLÜZİV-FOTO

30 iyun sevgililər günü münasibəti ilə tanınmış müğənni-aparıcı Sevinc Ağaşirinova əslən dağıstanlı? amma Rusiyada çox məşhur olan Eldar Dalqatovla birgə konsert verəcək. Sevincin SİA-ya verdiyi məlumata görə, Nabranda baş tutacaq konsert "Arı" prodakşının təşkilatçılığı ilə keçiriləcək.


Konsertdə hər iki simanın dueti gözlənilir. Nabran sakinlərinin qarşısına çıxan müğənnilər bütün mahnıları canlı olaraq ifa edəcəklər.


Onu da xatırladaq ki, Sevincin bu yaxınlarda ifa etdiyi "Mənim sevgilim" adlı mahnı da elə Eldar Dalqatova məxsusdur.


Xatırladaq ki, Eldarın ən məşhur mahnılarından birində ötən illərin xitinə çevrilən "Qolubka"dır.

Bütün xəbərlər Facebook səhifəmizdə