SİA xəbər verir ki, “Svita Korol's Suite” Telegram kanalının verdiyi məlumata görə, Ani Lorakın (əsl adı Karolina Kuek-A.B.) əri İsaak Vidjraku müğənnidən İspaniyada ona villa almasını istəyib.
Cütlüyün dostlarının sözlərinə görə, ər daimi səyahətlərdən və soyuq iqlimdən bezib və vətənində dəniz kənarında bir ev istəyir.
O, söz verir ki, bu, onun həftəsonları və tətillər üçün gələ biləcəyi rahat bir sevgi yuvası olacaq.
Bunu Lorakın dostları izah ediblər.
Lakin, kanalın xatırlatdığı kimi, sənətçi artıq xoşagəlməz bir vəziyyətdə qalmışdı, çünki ilk əri həyat yoldaşı qastrol səfərində olarkən digər qadınları ovsunlayıb onları evə gətirmişdi.
İyun ayında Ani Lorakın Rusiya vətəndaşlığını aldığı bildirildi. Müğənni Rusiya pasportunu 9 iyunda alıb. Sənəddə o, adını Karolina kimi saxlayıb.
P.S: Maraqlıdır, görən, Ani Lorakın Türkiyəli iş adamı Murat Nalçadjioğludan doğulan qızı Sofiya indi haralardadır?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB