Gənc müğənni Azad Şabanov yeni işini təqdim edib. SİA xəbər verir ki, istedadlı sənətçinin “Qızım” adlı mahnısı işıq üzü görüb. Əsərin musiqisi və sözləri İsmayıl Əsədova məxsusdur. Sözügedən mahnı illər öncə Sofiya adında çox gözəl balaca qız uşağına həsr olunub.
Qeyd edək ki, ifaçı bu mahnını illər öncə yazdırsada, ilk dəfə may ayında Heydər Əliyev Sarayında baş tutan “Bir Əsər” musiqili etirafında təqdim edib. Hər zaman fərqliliklərə və yeniliklərə imza atan Azad Şabanov konsertdə “Qızım” mahnısını ifa etdikdən sonra cəmiyyətimizdə önəmli yer tutan qadın və uşaq zorakılığı, sellektiv abortlar mövzusuna toxunaraq, səhnədən tamaşaçılara sosial mesajlar ötürüb. Bu cür ağır sosial mesaj səhnədən ilk dəfə məhz Azad tərəfindən səsləndirilib.
Səhnədə Azad, “Oyuq” Uşaq Teatrının istedadlı aktyorları və Əməkdar artist Həcər Ağayeva yer alıb. Onlar həmin əsəri yaradıcı şəkildə səhnələşdiriblər.
Onu da vurğulayaq ki, “Qızım” mahnısı müğənninin şəxsi “Youtube” kanalında, həmçinin də bütün musiqi musiqi platformalarında yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB