Affleck Şükranlıq gününü uşaqları və keçmiş həyat yoldaşı ilə keçirdi...

...Amerikalı aktyor Ben Affleck Cennifer Lopezdən boşandıqdan sonra normal həyatına qayıdıb. Məşhur, boşandıqdan sonra da yaxşı münasibətləri qoruyub saxladığı uşaqları və Cennifer Qarner ilə çox vaxt keçirir.

Aktyor Ben Affleck normal həyatına qayıdır.

Cennifer Lopezdən ayrıldıqdan sonra məşhur yenidən həyatdan zövq almağı öyrənir.

O, bu yaxınlarda ayrıldıqları vaxtdan bəri dostluq münasibətləri saxladığı keçmiş həyat yoldaşı Cennifer Qarner ilə birlikdə görüntülənib.

13 yaşlı oğlu Sem və anası Chrisi daşıyan Benin avtomobili Qarnerin evinin qarşısında görüntülənib.

SİA xəbər verir ki, Daily Mail-in məlumatına görə, Affleck Şükranlıq gününü birlikdə qeyd etmək üçün keçmiş həyat yoldaşını ziyarət edib.

Ben hələ də Qarnerlə yaxın olduğunu gizlətmir.

"Hörümçək qadının öpüşü" filminin premyerasında o, Ceniferlə tanış olduğuna görə özünü son dərəcə şanslı elan etdi və onu "həyatımdakı ən böyük sevinc" adlandırdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə