Türkiyəli aktrisa Hande Erçel Moskvaya gəlib...

...SİA xəbər verir ki, Super.ru saytının məlumatına görə, "Qapımı döy" türk serialının ulduzu Hande Erçel Moskvaya gəlib.

Onun təyyarəsi Vnukovo hava limanına eniş edib.

Aktrisanı hava limanında pərəstişkarları və jurnalistlər qarşılayıblar.

Türk serial ulduzu tünd gödəkçə, papaq və günəş eynəyi geyinərək pərəstişkarlarına müraciət edib.

O, onlara təşəkkür edib, güllər qəbul edib, avtoqraf verib və hətta bir neçə dəqiqə şəkil çəkdirib.

Daha sonra Hande Erçel hava limanından ayrılıb: aktrisa maşına minib istirahət etmək üçün otelə gedib.

Onun Rusiya paytaxtına səfəri iş üçündür.

Burada "Qapımı döy" ulduzu yeni filmi olan "İki dünya, bir arzu"nu təqdim edəcək.

Film Bilge (Hande Erçel) və Canın (Metin Akdülger) 1998-ci ilin Yeni il gecəsi xəstəxanada başlayan təsirli sevgi hekayəsindən bəhs edir.

Filmin hadisələri 20 il sonra baş verir.

Hande filmdə vəkil rolunu oynayacaq. "İki dünya, bir Arzu" 27 noyabrda ölkə daxilində yayımlanacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə