“Oskar” mükafatı laureatı Hollivud aktrisası Nikol Kidman 19 illik evliliyindən sonra əri, musiqiçi Kit Urbandan boşanmasından sonrakı vəziyyəti barədə şərh verib.
SİA xəbər verir ki, o, bu barədə müğənni Ariana Qrande ilə “Interview Magazine” jurnalına verdiyi müsahibədə danışıb.
...“Dözürəm”, Kidman deyib. Aktrisa əlavə edib ki, bu yaxınlarda əri ilə birlikdə yaşadığı Tennessi ştatının Neşvil şəhərinə qayıdıb.
Kidman və Urbanın ayrılması sentyabr ayında elan edilib. Bildirilib ki, cütlük yayın əvvəlindən ayrı yaşayır. Daxili mənbələrə görə, musiqiçi ayrılmaq qərarını verib, həyat yoldaşı isə tərəddüd edib və "nikahı xilas etməyə çalışıb". Daha sonra şayiələr yayılıb ki, sənətçi artıq daha gənc həmkarı ilə münasibətə başlayıb.
Cütlük 2006-cı ildə evlənib. Onların iki qızı var: 17 yaşlı Sunday Rose və 14 yaşlı Faith Margaret.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB