Alsunun konsertində insident yaşanıb...

Rusiyalı müğənni Alsunun Moskvanın konsert zalındakı çıxışı təcili vəziyyət səbəbindən yarımçıq qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisəyə tamaşaçılardan birinin səhhəti səbəb olub.

Hadisə konsertin ortasında, Alsunun 11 mahnı ifa etməsindən sonra baş verib.

Şahidlərin sözlərinə görə, tamaşaçılar arasında ajiotaj yaranıb, ardınca kömək çağırışları eşidilib.

Müğənni işıqların yandırılmasını və təcili yardım çağırılmasını istəyib.

Yaralı iştirakçı tez bir zamanda zaldan çıxarılıb və onun üçün təcili yardım çağırılıb.

Fasilənin 15 dəqiqə davam etdiyi bildirilir. Daha sonra müğənni səhnəyə qayıdıb və çıxışını davam etdirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə