Müğənni Bianka açıq-saçıq geyimlər barədə danışıb…

Belarus və Rusiya müğənnisi Bianka (əsl adı Tatyana Lipnitskaya) açıq-saçıq geyimlərdən imtina etmək qərarını "Mən yetkinləşmişəm" deyərək izah etdi.

SİA-nın məlumatına görə, müvafiq şərh "Zvezdach" Telegram kanalında dərc edilib.

40 yaşlı müğənni vurğulayıb ki, görünüşü ona açıq-saçıq geyimlərdə çıxış etməyə imkan verir, amma indi onları yalnız özəl tədbirlər üçün seçir. "Mən yetkinləşmişəm və ümumiyyətlə belə geyimlərdə çıxış etmirəm, çünki pis görünürəm və buna imkanım yoxdur - yalnız özəl tədbirlərimdə çıxış edə bilərəm. Yetkin bir qadın olaraq Qırmızı Meydanda belə getməyəcəyəm. Əgər müəyyən insanlar bu şounu izləsələr - məsələn, yaşlı insanlar, uşaqlar və s. - onda iki dəfə düşünəcəyəm. Hər şeyin öz yeri var", - deyə o bildirib.

Oktyabr ayında müğənni Bianka "Jara Music Awards" mərasiminə şəffaf geyimdə qatılıb. Müğənni kameralar qarşısına bədənini göstərən, formaya uyğun, şəffaf qara geyimdə çıxıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə