Göz yaşları, brilyant və... Medvedeva İldar Qaynutdinova “hə” dedi...
...Artıq məlum olduğu kimi, iyirmi beş yaşlı fiqurlu konkisürən Yevgeniya Medvedeva 24 yaşlı rəqqas İldar Qaynutdinovla nişanlandığını elan edib. Cütlük bu xoş xəbəri sosial mediada paylaşdı.
İldar 7 noyabrda Qırmızı Meydanın panoramik mənzərəsi olan bir restoranda şam yeməyi zamanı evlilik təklifi edib.
SİA-nın məlumatına görə, o, diz çöküb və sevgilisinə böyük brilyantlı Cartier üzüyü hədiyyə edib.
Yevgeniya təsirlənib, nişanlısını qucaqlayıb və qəbul edib. Şahidlərin sözlərinə görə, idmançı artıq üzüyü ictimaiyyət qarşısında taxır.
Romantik açıqlamadan sonra Qaynutdinov sevgilisinə bir buket gül hədiyyə edib və nişan məclisi təşkil edib.
Cütlük münasibətlərini 2025-ci ilin yayında internetdə birgə fotosessiyadan şəkillər paylaşaraq elan ediblər.
Onların romantik münasibətləri Medvedeva və Qaynutdinov cütlük kimi çıxış etdikləri "Ulduz rəqsləri" televiziya layihəsində iştirakları zamanı başlayıb.
İldar xoreoqrafiya karyerası qurur. Alla Duxovanın Todes Rəqs Teatrında solist kimi çıxış edir, yarışlarda iştirak edir və öz əsərləri üzərində işləyir.
Cütlüyün pərəstişkarları idmançı və rəqqasəni nişanları münasibətilə təbrik edir, onların birlikdə ahəngdar göründüklərini və xoşbəxtliklərinə çoxdan layiq olduqlarını qeyd edirlər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB