Rozalia yeni albomu olan Lux-u buraxıb...

...Rozalia çoxdan gözlənilən dördüncü albomu olan Lux-u (latınca "işıq" deməkdir) buraxıb.

SİA-nın məlumatına görə, The Financial Times albomu reyvdən operaya cəsarətli bir səyahət adlandırıb; müğənni özü Lux-un qadınlığın sirli təbiətindən ilhamlandığını və öz mənəvi axtarışlarını əks etdirdiyini vurğulayıb.

...Düşünürəm ki, həmişə Tanrıya daha yaxın olmaq istəyim olub, amma əvvəllər bunu dərk etməmişdim.

Rozalia bunu The New York Times-a izah edib.

Albomda ispan, ingilis, alman, ərəb, ukrayna və latın dilləri də daxil olmaqla 13 dildə 15 mahnı var.

Bəzi mahnılar London Simfonik Orkestri ilə birlikdə yazılıb. ...Səyahət etməyi və başqa insanlardan öyrənməyi sevirəm. Niyə başqa dildə oxumağa çalışıb musiqiçi kimi üfüqlərimi genişləndirməyək?

Rozalia qeyd edib.

Albomun istehsalını təsvir edərkən o, həmçinin filosof Simone Weil-dən sitat gətirib: "O deyib ki, sevgi bizimlə sevdiyimiz insan arasındakı məsafənin sevgisidir. Və məncə, bu doğrudur: başqalarını anlamaqla özünüzü daha yaxşı başa düşür və daha dərindən sevməyi öyrənirsiniz."

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə