Aparıcı Zaur Kamalın oğlu Bartu Kamal bu gün yayımlanan “Həmin Zaur” verilişində gözlənilməz açıqlaması ilə diqqət çəkib. SİA xəbər verir ki, Bartu, atasının ona ad gününə kimi avtomobil almayacağı təqdirdə efiri tərk edəcəyini bildirib: “Səninlə bir mövsüm işlədim, əziyyət çəkdim. Tamaşaçıların sevgisi ilə reytinq qazandıq. Bu mövsüm mənə avtomobil almasan, səninlə birgə işləməyəcəyəm. Ad günümə kimi maşın olmasa, verilişdən gedəcəyəm. Martın 9-da ad günümdür. Birinci gün elə səhnəni tərk edəcəyəm". Zaur Kamal isə oğlunun bu çıxışına gülümsəyərək sadəcə “baxarıq” cavabını verib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

USD
EUR
GBP
RUB