Yamalın sevgilisi soyundu - FOTOLAR

Barselona”nın hücumçusu Lamin Yamalın sevgilisi Nikki Nikol yenidən azarkeşlərin diqqətini cəlb edib. SİA xəbər verir ki, məşhur argentinalı müğənni və Latın Amerikası səhnəsinin ulduzu qara alt paltarda bir neçə açıq fotolar paylaşıb. Şəkillərdə o, gözəl bədən quruluşunu nümayiş etdirib və bu, sosial şəbəkələrdə böyük rezonans doğurub. İzləyicilər yazıblar: “İlahi gözəllik!”, “Yamal çox şanslıdır”, “Həqiqi Latın kraliçası”, “Lamin həm meydanda, həm də kənarda qazanır”. Nikki Nikol Argentinanın ən uğurlu gənc ifaçılarından biridir. Sənətçinin mahnıları “YouTube”-da milyonlarla baxış toplayır, özü isə Latın Amerikası və Avropanın ən böyük festivallarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə