Qriqori Leps xəstəxanaya yerləşdirilib..."zəhərlənib" deyirlər...

Kreml müğənnisi təcili olaraq xəstəxanaya yerləşdirilib.

...Müharibənin əvvəlindən bəri Rusiya təcavüzünü dəstəkləyən və işğal olunmuş ərazilərə müntəzəm olaraq səfər edən rusiyalı Putinpərəst müğənni Qriqori Leps ciddi sağlamlıq problemləri ilə üzləşib.(...hələ bir evlənmək də istəyir, özü də...-A.B.)

SİA-nın məlumatına görə, "Glavred" xəbər verir ki, Putinpərəst ağır zəhərlənmə əlamətləri səbəbindən təcili olaraq xəstəxanaya yerləşdirilməli olub.

Qriqori Leps Vladivostokdakı konsertdən sonra xəstəxana çarpayısına düşüb.

O, özünü pis hiss edib və tibbi yardım almaq məcburiyyətində qalıb. Məlum olub ki, müğənni "ciddi zəhərlənib" və hazırda Moskvanın Botkin Xəstəxanasında müalicə alır.

Səhhətinə görə Leps bütün qarşıdan gələn çıxışlarını və korporativ tədbirlərini ləğv edib və həmçinin ən azı oktyabrın sonuna qədər qastrol səfərini dayandırıb.

Sənətçiyə yaxın mənbələr bildirib ki, "Zəhərlənmə ciddidir, vəziyyəti ağırdır və Kazanda keçiriləcək konserti də ləğv edilə bilər".

Kremlin sevimli sənətçisinin dostları iddia edirlər ki, onun müalicəsi qapalı qapılar arxasında aparılır - xəstəxanaya yerləşdirilməsi barədə yalnız bir neçə nəfər bilir.

Konsert təşkilatçıları müğənninin səhhətinin pis olduğunu əsas gətirərək şouların ləğvini təsdiqləyiblər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə