Sənubər İsgəndərli 65 yaşında - FOTOLAR

Bu gün Əməkdar artist Sənubər İsgəndərlinin doğum günüdür. SİA xəbər verir ki, aktrisa 65 yaşını qeyd edir.

Belə ki, 1986-cı ildən fəaliyyətə başlayan sənətçi “Kişi sözü”, “Fəryad”, “Yaşıl eynəkli adam”, “Qayınana” və.s kimi ekran əsərləri ilə məşhurlaşıb.

O həmçinin ifa etdiyi “Məhəbbət olmayanda” mahnısı ilə tamaşaçıların sevgisini qazanıb.

S.İsgəndərli 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Qeyd edək ki, 1960-cı ildə Bakıda doğulan aktrisanın bir qızı,iki nəvəsi var.

Bütün xəbərlər Facebook səhifəmizdə