Türkiyəli müğənni Aleyna Tilki Niderlandın paytaxtı Amsterdamda oğurluq hadisəsi ilə üzləşib. SİA xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında çantasının içərisindəki pasport, noutbuk və digər şəxsi əşyalarının oğurlandığını bildirib. “Dostlar, mən hazırda Amsterdamdayam. Çantam pasportum, noutbukum və başqa hər şeylə birlikdə oğurlanıb. Çanta və onun yeri barədə növbəti səhifədə məlumat verəcəyəm. Onlar, adətən, qiymətli əşyaları götürüb pasportları və çantanı harasa atırlar. Mən ABŞ-də çox vacib səhnədə çıxış etməli idim və pasportumu tapmalıyam. Kim tapsa, çox dua edəcəyəm”, – deyə Aleyna Tilki qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB