Türkiyəli aktyor Kıvanç Tatlıtuğun bacısı Melisa Dilara Tatlıtuğ keçmiş ərinin sevgilisinə fiziki zorakılıq göstərməkdə ittiham olunaraq həbs edilib. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, Hendek həbsxanasında olan məhbuslardan biri aparıcı İlknur Özkuşa zəng edərək Melisa ilə eyni kamerada saxlanıldığını bildirib. Bu iddiadan sonra ailəyə yaxın mənbə xəbəri təsdiqləyərək Melisanın dünən azadlığa buraxıldığını deyib. Tatlıtuğ ailəsi hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə