Nataşa Koroleva kökəlməsinin səbəbini açıqlayıb...

Sovet və Rusiya estrada müğənnisi Nataşa Koroleva kökəlməsinin səbəbini açıqlayıb.

SİA-nın məlumatına görə, onun şərhini “Moskovski Komsomolets” sitat gətirib.

52 yaşlı müğənni yaşla çəkisinin artdığı üçün fiquruna baxmaq məcburiyyətində olduğunu izah edib.

...Siz küftə yeməkdən yox, yaşla kökəlməyə başlayırsınız,- deyib.

O, həmçinin masajlar və kriosaunalar da daxil olmaqla sevimli gözəllik müalicələrini bölüşdü və gündəlik rejimin vacibliyini vurğulayıb.

...Rutin hər kəs üçün vacibdir və mən ona əməl etməyə çalışıram,- deyib.

Sentyabr ayında kökəlmiş kanadalı müğənni Nelli Furtado Almaniyada keçirilən Superbloom festivalında açıq-saçıq geyimdə səhnəyə çıxıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə