Yeni albomu ilə rekord qırdı

Dünyaşöhrətli amerikalı müğənni Teylor Svift “The Life of a Showgirl” adlı yeni albomu ilə musiqi tarixində daha bir rekorda imza atıb. SİA xəbər verir ki, albom “Billboard 200” albomlar siyahısına birinci sıradan daxil olaraq Sviftin karyerasında 15-ci bir nömrəli albom kimi qeydə alınıb. Müğənninin bu nailiyyəti, eyni zamanda, müasir dövrdə elektron məlumatların izlənməsi sistemində indiyə qədər qeydə alınan ən yüksək bir həftəlik satış göstəricisi ilə müşahidə olunub.

“Billboard” jurnalının əyləncə sənayesində ixtisaslaşmış “Luminate analitik” şirkətinə istinadən verdiyi məlumata görə, 3 oktyabrda satışa çıxan albom ilk həftəsində — 9 oktyabra qədər olan müddətdə 4,2 milyon satılıb. Bu göstərici 1991-ci ildən bu yana elektron sistemlə ölçülən ən yüksək göstərici olub. Albomun 4,2 milyonluq ümumi satışının 3.479.500 ədədi ənənəvi albom satışları olub. Bununla Teylor Svift 2015-ci ildə Adelin “25” albomu ilə əldə etdiyi 3.482.000-lik rekordu geridə qoyub.

Xatırladaq ki, Adelin həmin albomu ilk həftəsində 3.378.000 ənənəvi satışla çıxış etmişdi. Teylor Svift bu uğurla “Billboard 200” tarixində ən çox bir nömrəli alboma sahib olan solo sənətçi kimi Drake və JAY-Z-ni geridə qoyub (hər ikisinin 14 albomu var). Ümumilikdə isə o, yalnız “Beatles” qrupundan geri qalır. Qrupun 1956-cı ildən bəri 19 albomu “Billboard”un birinci pilləsində yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə