58 yaşlı Nikol Kidman gözəllik sirrini açıb

O, gözəllik üçün ipək yastıqda yatır

Avstraliyalı aktrisa Nikol Kidman gözəllik sirrini açıqlayıb.

SİA-nın məlumatına görə, müsahibə Harper's Bazaar jurnalında dərc olunub.

Ulduzun sözlərinə görə, o, dəriyə qulluq etməyi çox sevir. …Mən həmişə üzümü yuyuram, çünki nəmləndirilməsini xoşlayıram. Aşındırmağı və sonra nəmləndirici gecə kremi çəkməyi sevirəm, - deyib.

Kidman ipək yastıqda yatmağa üstünlük verdiyinə də aydınlıq gətirib.

…Mən də yuxu maskası taxıram. Bilirəm ki, bu, gözəl deyil.

Bunu da Nikol deyib.

Daha əvvəl Kidmanın musiqiçi və müğənni Keyt Urbandan boşandıqdan sonra imicini kəskin şəkildə dəyişdiyi bildirilmişdi.

Aktrisa Paris Moda Həftəsində baş tutan Chanel şousunda yeni görünüşünü nümayiş etdirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə