Bloger Aysel Şükür həyat yoldaşının ad gününü təbrik edib. SİA xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Aysel həyat yoldaşı ilə birgə fotolarını paylaşaraq bunları yazıb: "Ad günün mübarək, sevgilim! Biz həm yaxşı ailə, həm də yaxşı dost olmuşuq. Çətin anlarımda həmişə yanımda olmusan. Həyatıma qatdıqların, verdiyin dəyər üçün sonsuz təşəkkür edirəm. Yaxşı ki, varsan. Yaxşı ki, mənimləsən. 2021-ci ildən bu günə qədər bütün xatirələrimizi buraya sığdırmaq mümkün deyil, amma hər biri qəlbimdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə