Məşhur müğənni və aktrisa Selena Qomez sevgilisi, musiqi prodüseri Benni Blanko ilə evlənib. SİA xəbər verir ki, sənətçi toydan çəkilmiş fotonu İnstaqram hesabında yerləşdirib. Xarici KİV yazır ki, toy sentyabrın 27-də baş tutub. Selena Qomez və Benni Blanko Kaliforniyadakı Sea Crest Nursery-də evləndilər. Selena dəhlizdə Ralph Lauren tərəfindən hazırlanmış qolsuz, kürəyi açıq ağ gəlinlikdə addımlayaraq poz verib. Bəy eyni brendin ağ köynəyi və qara smokininə üstünlük verib. Müğənnin əlində gül buketi də olub. "Harper's Bazaar"ın məlumatına görə, tədbirdə Taylor Svift, Martin Şort, Stİv Martin, Paris Hilton, Ed Şeran və digər ulduzlar iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə