Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı reper Timatini (əsl adı Timur Yunusov-A.B.) axtarışa verib.
SİA xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısında yerləşdirilib.
Musiqiçi iyulun 1-dən axtarışdadır.
Rusiya mediası bunu indi fərq edib.
Timatinin axtarışda olması ilə bağlı əvvəllər heç bir məlumat verilməmişdi. İyun ayında Ukraynanın Təhlükəsizlik Xidməti Timatini qiyabi olaraq Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə daxil olmaq qaydalarını dəfələrlə pozmaqda ittiham edib.
Müstəntiqlərin fikrincə, rusiyalı repçi Rusiyanın 2014-cü ildə ilhaqını elan etdiyi Krımda ən azı yeddi dəfə konsertlərdə iştirak edib.
Ukraynanın Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd olunub ki, Timati “Rusiya təbliğatının iştirakçılarından biridir” və 2012, 2018 və 2024-cü illərdə prezident seçkilərində Vladimir Putinin etibarlı adamı olub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə