Müğənnni Aysel Əlizadə "instagram" paylaşımı ilə diqqət çəkib. SİA xəbər verir ki, istirahətdən yeni dönən sənətçi izləyicilərinə məsləhət verib. "Həyatı çox da ağırlaşdırmadan, hər anın içində yaşamaq lazımdır. Arzularımız gerçəkləşsə də, gerçəkləşməsə də, əsas odur ki, biz o anı doya-doya hiss edək. Çünki həyat gözləmək üçün yox, yaşamaq üçündür. Düşüncələr çox vaxt bizi indi yaşamaqdan uzaqlaşdırır, amma yadda saxlamaq gərəkdir ki, bu gün bir daha geri qayıtmayacaq. Ona görə də gülüşümüzün, sevgimizin, sevinclərimizin dəyərini indi bilək" - deyə müğənni sosial media hesabındakı paylaşımda qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə