Nurlana Abdullayevanın solo konserti olacaq

Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlana Abdullayevanın solo konserti olacaq. SİA xəbər verir ki, sentyabrın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək konsert 19:00-da start götürəcək.

Retro ruh, zəriflik və qadın duyğularının səsi – Nurlana Abdullayeva sizi unudulmaz bir musiqi axşamına dəvət edir. Sevilən klassiklər, canlı orkestr və o illərin səmimi ab-havası... Konsertin təşkilatçıları qadınlar üçün yaradıcı və biznes platforma @iz.community və @kurbansaid.restaurant butik restoranıdır. Konsertin biletlərini iTicket-dən əldə etmək mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə