Aparıcı Nigar Fərhad səhhətində problem olduğunu açıqlayıb. SİA xəbər verir ki, onun bədənində şiş aşkarlanıb. Bu haqda o, özü məlumat verib: "Bədənimdə şiş aşkarlanıb. Yoxlanılması üçün onkologiyaya göndərilib. Xoş ya bəd xassəli olmağını bundan sonra biləcəyəm. Bu haqda danışmaq mənə çox ağırdır. Amma məni tanıyanlar bilir ki, çox mübariz insanam. Bunun da öhdəsindən gələcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə