Xalq artisti Miri Yusif iki ölkədə solo konsert proqramı ilə çıxış edib. SİA xəbər verir ki, Xalq artistinin ilk konserti dekabrın 6-da Londonda baş tutub. Konsert Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə keçirilib. Miri Yusif gecədə "Ağ Təyyarə”, "Tərk-i Həyat”, "Səndən bir dənədir”, "Sənə Qurban” və digər sevilən mahnılarını ifa edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb.
Tədbirin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə həmyerlilərimizi təbrik edib. Sənətçinin digər konserti isı Antaliyada baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə