Özcan Dəniz 2018-ci ildə ailə qurduğu oğlunun anası Feyza Aktan ilə hadisələrlə dolu boşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ayrılıqdan sonra Aktan aktyorun zorakılıq etdiyi iddiası ilə məhkəməyə müraciət edib. Zorakılıq iddiasından bəraət alan Özcan Dəniz qısa müddətdə modelyer Samar Dadqarla yeni eşq macərasına başlayıb.

Yanvarın 20-də sürpriz şəkildə nikah masasına əyləşən cütlük dünya evinə girib. Cütlük bal ayı üçün Dubayı seçib.

Yeni ailə qurmuş cütlüyün bal ayı dönüşü dünən İstanbul hava limanında görüntülənib. Anasının həyat yoldaşını istəməməsi ilə bağlı suallara Özcan, "Ailə problemləri ailə arasında qalır" şəklində cavabını verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə