Müstəqil Azərbaycanın Konstitusiyası Heydər Əliyevin şah əsəridir - ŞƏRH
“29 il bundan əvvəl noyabrın 12 də Müstəqil Azərbaycanın Konstitusiyası qəbul olunub. 1996-cı ildə isə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə bu gün Konstitusiya Günün elan edilib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və referendum yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasına - azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri hesab olunur. Bununla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən Ümummilli Lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapıb”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Heydər Əliyev konstitusiyamızın əsasında, ilk növbədə, vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi qoyurdu: “Ulu öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. 29 il müddətində sənədə Referendum yolu ilə bir neçə dəfə əlavə və dəyişikliklər edilib ki, bunun da səbəbi cəmiyyətdə, dövlətdə, beynəlxalq aləmdə gedən proseslərlə bağlı olub. Konstitusiya hər bir dövlətin ana qanunudur. Bütün qalanlar qanunlar Konstitusiyaya istinadən qəbul olunur. Müstəqil Azərbaycanın Konstitusiyasında qeyd edilən “hakimiyyət xalq məxsusdur” ifadəsi də geniş məna kəsb edir. Bu o deməkdir ki, Azərbaycanda söz, hakimiyyət xala məxsudur. Ölkəmizdə söz, insan hüquqları azadlıqları bu sənədə əsasən inkişaf etdirilir. Ölkəmizdə qəbul olunan bütün qanunlar məhz bu sənədə istinadən qəbul edilir, idarəçilik sənədə əsasən həyata keçirilir. Sənədin hər bir maddəsi Ümummilli liderin birbaşa iştirakı və rəhbərliyi ilə yazılaraq qəbul edilib. Konstitusiya hazırlanarkən və qəbul edərkən buarda müstəqilliyimizin, dövlətçiliyimizin əbədi, möhkəm olması əsas götürülüb, dünyanın aparıcı, demokratik, inkişaf etmiş dövlətlərinin təcrübələrindən istifadə edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB