Türkiyənin Ərzurum vilayətində Azərbaycanlı Tələbə Gənclər Birliyinin üzvləri şəhərin Hovuzbaşı Şəhər Meydanında Zəfər Günü ilə bağlı yürüş keçiriblər.SİA-nın verdiyi məlumata görə, yürüş Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin “Karabakh is Azerbaijan” Milli Platforumunun Türkiyə Koordinatorluğu (KİAMP) və “Qarabağ Azərbaycandır!” Koordinəetmə Dərnəyinin Ərzurum təmsilçiliyinin təşəbbüsü ilə baş tutub. Əvvəl şəhidlərin xatirəsi yad edilib. Mərasimdə dərnəyin Ərzurum təmsilçisi Əlirza Əlirzayev Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı Zəfərimiz haqqında danışıb.
Yürüş zamanı Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” və ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB