"Prezident dünya arenasında söz sahibidir" DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrlərdə cənab Prezident İlham Əliyevin tarixi torpaqlara qayıdacağımızla bağlı inamlı və coşğun çıxışları Azərbaycanda məğlubiyyətçilik sindiromunun formalaşmasının qarşısını aldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, Prezident təkcə çıxış etməklə qalmadı vətənpərvər nəsil yetişdirdi: "Budur, sözlə əməlin birliyi. Prezident İlham Əliyev: “Əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər!” Bu inam bu ovqat barədə Prezident İlham Əliyevin öz fikirləri maraqlıdır. “Şuşa ili"ndə Şuşa şəhərində çıxışında prezident söyləyir: «Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik. Bu il “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir».

Əbədiyaşar Ümummilli Liderin inamından ilhamlanan Müzəffər Ali Baş Komandan İlham Əliyev artıq regionun lideri olmaqla bərabər dünya siyasi arenasında söz sahibdir. Cənab Prezidentin tarixi torpaqlarımıza qayıdışla bağlı fikirləri Ermənistanda qorxu yaratsa da, əslində, bu çağırışlar regionda sülhün və sabitliyin təmin olunmasına çağırışdır.

İlham Əliyev Naxçıvan səfəri zamanı babasının məzarını ziyarət edərkən demişdir: "Babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir".

İlham Əliyev: "Bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq!"

Prezident İlham Əliyev: "Biz Xocalıya da qayıdacağıq!"

Bu günlərdə isə Zəngilan rayonun Ağalı kəndində Prezidentin söylədiyi kimi əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq. İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız fikirləri sülhə sabitliyə çağırışdır.

Hadisələr göstərir ki, Cənubi Qafqazda sülhün və sabitliyin qarantı cənab Prezident İlham Əliyevdir!"

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə