"Cəmiyyətimizin dövlət başçısına inamı çoxdur" - DEPUTAT ŞƏRH ETDİ

"Cənab prezidentin siyasi düşüncəsi və verdiyi qərarlar hamısı praqmatik xarakter daşıyır". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, praqmatik və realistik baxış, siyasi düşüncənin güclü olması özü dahilikdir: "Bilirsiniz ki, proqnoz vermək, söz və vədlər vermək də asanddır, amma əməl etmək çox çətindir. Adətən, bir çox siyasətçilər proqnoz verəndə təxminən, görünür, ola bilər kimi şərti ifadələrdən istifadə edirlər. Cənab prezident İlham Əliyevin çıxışlarında birmənalı proqnoz, analitika hiss edilir. Bundan başqa potensial güc hesablanaraq plana uyğun ardıcıl sistemli şəkildə həyata keçirilir. Bu, Cənab Prezidentin fəlsəfəsidir. Bu format istər daxili, istər xarici siyasətdə mərhələli şəkildə həyata keçirilir. Ona görə bu gün bütün dünya cənab Prezidentin verdiyi sözlərə və məqsədlərinə çox ciddi yanaşır. Hər kəs başa düşür ki, cənab prezident İlham Əliyev məqsədi qarşınına qoyub, hədəfi seçibsə, buna mütləq nail olacaq. Bu səbəbdən cəmiyyətimizin Cənab Prezidentə inamı çoxdur. Bu inamın səbəbi isə verilən vədlərin və planlaşdırılan işlərin ardıcıl gərçəkləşdirilməsidir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə