"Azərbaycan regionda aparıcı dövlətlərdən biridir". -POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan prezidentinin beynəlxalq tədbirlərdə iştirak etməsi önəmli rol oynayır". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin regional və dünya liderləri ilə birgə görüşlərdə iştirak etməsi, eyni zamanda ünsiyyətdə olması Azərbaycanın mesajlarının çatdırılması baxımından əhəmiyyətlidir: "Eyni zamanda, problemlərlə bağlı Azərbaycanın iradlarının çatdırılması baxımından mühüm rol oynayır. İlk öncə vurğulamalıyam ki, milli maraqlar nəzərə alınaraq diplomatik münasibətlər uğurla davam etdirilir. Azərbaycan prezidentinin çıxışları hər zaman maraqla qarşılanır. Azərbaycan regionun aparıcı ölkələrindən biridir. Azərbaycan regionda gedən prosesləri müəyyən edən aparıcı dövlətlərdən biridir. Yalnız siyasi proseslər deyil, eyni zamanda iqtisadi proseslərdə idarə edən dövlətlərdən birinə çevrilib. Əlbəttə ki, Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışan ölkələr Azərbaycanla münasibətləri quraraq öz maraqlarını daha dolğun və yüksək səviyyədə əks etdirə bilirlər".

Politoloq sözlərinə əlavə edərək qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin xüsusilə MDB ölkələrinin sammitindəki çıxışı olan gerçəklərin açılması və digər ölkə başçılarına çatdırılmasına nail oldu: "Ermənistanın destruktiv siyasəti ilə bağlı iradlarının bildirilməsi də vacibdir. Çünki məhz Ermənistanın destruktiv siyasəti regionda gedən proseslərin ahəngini pozur. Digər region ölkələrinin maraqlarına zidd çıxış edir. Cənab prezidentin söylədiyi fikirlər həm Azərbaycanın nüfuzuna müsbət təsir göstərir, həm də digər ölkələrin Azərbaycanla münasibətlərini daha yüksək pillələrə çıxarılmasıda əsas rol oynayır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə