Bərdədə Müəllim Günü münasibətilə tədbir keçirilib

XXI əsr erməni vəhşiliyi... erməni terrorizminin, Ermənistan Ordusunun məhv etdiyi mülki insanlar, ailələr, gözü yaşlı, ürəyi dağlı qalan körpələr... Və Dünyanın erməni vəhşiliyi, hərbi cinayətkar Ermənistan üçün lal olan dili... tutulan gözü...

5 oktyabr Beynəlxalq müəllim gününün sevincini vəhşi Ermənistan Ordusu məhz həmin gün Bərdə şəhərinə atdığı bomba nəticəsində şəhid olan həm Şəhriyar müəlliməyə, həm şəhid Cavidin ailəsinə, həm həyətinə atdığı açılmayan bomba ilə şəhər 5 saylı tam orta məktəbin müəllim və şagird kollektivinə, bərdəlilərə, bütün Azərbaycan xalqına belə yaşatdı...

Başın sağ olsun, Vətən!..Unutmadıq, unutmarıq... Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin!..

Əbədi var olsun bütün şəhidlərimizin qanını yerdə qoymayan Qalib Ali Baş Komandan cənab İlham Əliyev və şanlı Azərbaycan Ordusu!

Lənət olsun sənə, Ermənistan!.. Özün bilirsən: sən nəsən... Özün özünə: - dayan!-deməyi bacar!!!

Müəllim Günü münasibətilə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya təşkilatın kollektivi, şəhər 5 saylı tam orta məktəbin direktoru Teymur Həmidov, rayon UGİM-in direktoru Aynurə Əyyubova və başqa partiya fəalları olan müəllimlərlə birlikdə Ermənistan Ordusunun vəhşiliyinin qurbanı olan Rzayev Cavidin həyat yoldaşı Ruxsarə müəllimənin, həmçinin şəhid Quliyev Faiqin müəllim qardaşı Telman müəllimin evində oldular, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi şanlı zəfər və qələbələrdən danışdılar. Ermənistanın vəhşiliyini və bu vəhşiliyə qarşı mübarizədə dünyanın ikili siyasətini pisləyərək cənab Prezidentin ətrafında dəmir yumruq kimi hər zaman bir olacaqlarından və beləcə, Qalibiyyətin əbədi sahibləri ola biləcəklərindən danışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə