Bayden Donald Trampın tərəfdarlarını “radikal” adlandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Bayden Tramp tərəfdarlarının yaratdığı “təhdid”ə qarşı birliyə çağırıb.
ABŞ prezidenti Co Bayden ölkədə keçiriləcək seçkilərlə bağlı çıxışında keçmiş prezident Donald Trampın rəhbərliyi altında Respublikaçı rəqiblərinin “ölkə demokratiyası üçün təhlükə olduğunu” deyib. Canlı yayımda seçicilərinə müraciət edən Bayden ABŞ-ın demokratik dəyərlərinin “Tramp tərəfdarları tərəfindən hücuma məruz qaldığını” bildirib.
Seçkilərin təxminən 10 həftə sonra keçirilməsi hədəflənib: “Uzun müddətdir ki, Amerika demokratiyasının təmin olunduğuna özümüzü əmin etdik. Amma elə deyil. Biz bunu müdafiə etməliyik. Bunun üçün hamımız ayağa qalxmalıyıq”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə