İki Skandinaviya ölkəsi NATO-ya üzv olmaq qərarına gəlib

Finlandiya və İsveç NATO-ya üzvlük üçün rəsmi müraciət ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki Skandinaviya ölkəsi İsveç və Finlandiya Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzv olmaq qərarına gəlib.

NATO-nun Brüsseldəki qərargahına gələn Skandinaviya ölkələrinin rəsmiləri ərizə sənədlərini baş katib Yens Stoltenberqə çatdırıblar. Stoltenberq Finlandiya və İsveç bayraqları olan fayllarla poza verərək, "Bu, tarixi bir məqamdır",- deyə bildirib

NATO-nun baş katibi Stoltenberq Türkiyənin veto qərarı ilə problemin həll olunacağını düşündüyünü deyib.

İsveçin baş naziri Maqdalena Andersson, daha əvvəl jurnalistlərin Türkiyə ilə bağlı verdiyi suala, “Türkiyə ilə birlikdə problemləri həll etməyə hazırıq. İsveç terrorla mübarizə aparır. Biz Türkiyə ilə əməkdaşlıq etmək istəyirik” şəklində cavab verib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə