Rusiya və Ukrayna danışıqlarında nəticəyönümlü inkişaf olmayıb - ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən gündəmlə bağlı qiymətləndirmələr aparıb. SİA xəbər verir ki, prezident Ərdoğan jurnalistlərin Ukrayna ilə Rusiya arasındakı yüksək gərginliklə bağlı suallarını belə cavablandırıb. Türkiyə prezident qeyd edib ki, Putin və Zelenskini yüksək səviyyədə bir araya gətirmək üçün görüş keçirmək istəyirik: "Cənab Zelenski ilə razılaşmamız bu istiqamətdədir. Putin - Zelenski görüşü yeni bir formalaşma yaradacaq. Əvvəla, bunu çox açıq və aydın deməliyəm ki, əgər bu prosesə diqqət yetirilirsə Ukrayna və Rusiya münasibətlərinə kömək edə bilərik. Təəssüf ki, Qərb indiyə qədər bu məsələnin həllinə heç bir töhfə verməyib. Mən Zelenski ilə görüşə böyük əhəmiyyət verirəm. Çünki Zelenski ilə görüşdə gördüm ki, bu məsələlərlə bağlı artıq razılığa gəlmişik. Çünki hazırda Avropada ciddi problem var. Vəziyyətə baxanda ABŞ-la bağlı isə Bayden hələlik bu prosesə müsbət yanaşa bilməyib. Xarici işlər nazirlərinin apardığı danışıqlarda hələ ki, nəticəyönümlü bir inkişaf olmayıb. Biz bunu onlarda aydın şəkildə görürük.

Ümid edirik ki, mən bunu cənab Putinlə həll edəcəm. Əgər ilk görüşümüzdən sonra bizə vasitəçi təyin olunarsa, biz vasitəçi kimi bu işdə iştirak etməyə razıyıq və üzərimizə düşəni etməyə çalışacağıq”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə