"Məqsədimiz dialoqu davam etdirmək və gərginliyi münaqişəyə çevirməməkdir" MÖVLUD ÇAVUŞOĞLU

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mərkəzi Afrika Respublikasının xarici işlər naziri Silvi Baipo Temon ilə birgə mətbuat konfransı keçirib. SİA xəbər verir ki, Mövlud Çavuşoğlu açıqlamalarında Rusiya ilə Ukrayna arasındakı gərginliyi və Ermənistanla normallaşma prosesini müzakirə edib.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, məqsədimiz dialoqu davam etdirmək və gərginliyi münaqişəyə çevirməməkdir: "Azərbaycanla Ermənistan arasında başlatdığımız normallaşma prosesi güvənli addımlarla davam edir. Digər tərəfdən Ermənistanla Azərbaycan arasında danışıqların davam edir. Antalya Diplomatiya Forumunda Ermənistanın xarici işlər naziri Mirzoyan və onun xüsusi nümayəndəsi Rubinyan da iştirak edəcək. Ermənistanla başladığımız normallaşma prosesini Azərbaycan da dəstəkləyir. Azərbaycan tərəfindən inamlı addımlar ilə görüşmələr davam edir. Azərbaycan və Ermənistan Nümayəndələri Moskvada ilk üzbəüz görüşlərini keçiriblər.Telefonla əlaqə saxlayırlar və növbəti görüşə birlikdə qərar verəcəklər. Hər kəsi Antalya Diplomatik Formuna dəvət etmişik. Ermənistanın Diplomatiya Forumunda iştirak edəcəklərini öyrənməkdən məmnunuq. Təbii ki, Azərbaycan da bura gəlir. Hər iki ölkə öz fikirləri ilə bura gələcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə