Hər birimiz özümüzü Şuşalı kimi hiss edirik - DEPUTAT ŞƏRH ETDİ

"2022-ci ilin "Şuşa ili" elan edilməsi tariximizə və bugünümüzə verilən qiymətin göstəricisidi". Bu sözləri SİA-ya açıqlmasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə Şuşa sadəcə bir region adı deyil: "Ümumilikdə Azərbaycanı dünyaya tanıdan simvollardan biridi. Bu gün bütün dünya Şuşanın timsalında işğaldan azad olunan zonaların bərpasının şahidi olur. Şuşa isə cənab Prezidentimiz tərəfindən mədəniyyət paytaxtımız elan olundu. Şuşa özünün inkişafı ilə elm, mədəniyyət, turizm və incəsənət mərkəzlərindən birinə çevriləcək. Həmin regionla bağlı böyük lahiyələr var. Şəhərin Baş planı müəyyən profesional sektorlar tərəfindən hazırlanıb və yerinə yetirilməsi üçün mühüm işlər görülür.

Füzuli hava limanının tikilməsi, Füzuli-Şuşa yolunun çəkilməsi Şuşanın əhəmiyyətini daha da artırır. Eyni zamanda bir Azərbaycanlı üçün şərəf və qürur yeridi. Hər birimiz özümüzü Şuşalı hesab edirik”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə