Bayden İrana qarşı hazırlıq əmrini verdi

Ağ Ev bəyan edib ki, prezident Co Bayden öz komandasına İrana qarşı diplomatik vasitələr uğursuz olarsa, başqa variantları nəzərdən keçirməyi tapşırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki mətbuat konfransında gündəmi dəyərləndirib və sualları cavablandırıb.

Psaki “Tezliklə diplomatiyaya əməl edilməsə və İranın nüvə proqramını sürətlənməyə davam edərsə, bizim İranın onun istehsal sektorlarından gəlirlərini məhdudlaşdıracaq əlavə tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq”, deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə