"Bir çox insan hələ də mənim qərarımı gözləyir"-Keçmiş prezident ŞƏRH ETDİ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində yenidən namizəd olub-olmayacağını açıqlamaq üçün 2022-ci ilin noyabrında keçiriləcək Konqres aralıq seçkilərinə qədər gözləyə biləcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tramp 2024-cü ildə namizədliyini irəli sürmək fikrində olduğunu bildirib. Prezidentlik yarışına girməyi düşündüyünü ifadə edən Tramp, “Bir çox insan hələ də mənim qərarımı gözləyir” deyib. Digər tərəfdən ölkədəki inflyasiya və tədarük zənciri problemləri kimi bir çox mövzuya görə ABŞ prezidenti Co Baydenin anketlərdəki ictimai dəstək nisbəti də azalıb.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə