Eks-prezident peyvənd olundu SPUTNİK V PEYVƏNDİ İLƏ

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiyanın Sputnik V peyvəndi ilə koronavirusa qarşı peyvənd olunub. SİA xəbər verir ki, eks-prezident bunu "Rusiya 24" telekanalının efirində deyib.

"İndi rəqəmlərdən danışa bilmərəm. Deyə bilmərəm ki, Ermənistanda COVID-ə qarşı hansı sayda peyvənd olunub. Amma mən bunu etdim, Sputnik V ilə peyvənd olundum”, deyə Koçaryan bildirib.

Xatırladaq ki, Rusiyanın Səhiyyə Nazirliyi 2020-ci ilin avqust ayında Qamaleya Tədqiqat Elektrokimya Mərkəzi tərəfindən hazırlanmış COVID-19-un qarşısının alınması üçün dünyada ilk peyvəndi qeydiyyatdan keçirib. Bu qeydiyyatdan keçirilən peyvəndə "Sputnik V" adı verilib. Rusiyada həmçinin COVID-19 üçün peyvənd olaraq, Rospotrebnadzorun "Vektor" mərkəzi və Rusiya Elmlər Akademiyası Çumakov Mərkəzi tərəfindən hazırlanan "KoviVak", "EpiVacCorona" istifadə olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə