“Bağışlayın, bu dəhşətli müharibədir” Artsrun Ovannisyanın etirafı
Cəsədlərin toplanması, itkin düşənlərin siyahısının hazırlanması üçün böyük qrup fəaliyyət göstərir. SİA xəbər verir ki, bu sözləri Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi Arsrun Ovannisyan deyib.
Ermənistan müdafiə nazirliyinin rəsmi nümayəndəsi çoxsaylı ailələrin sosial şəbəkədə oğlanlarının fotosunu yaymasına və itkin düşənləri axtarmalarına reaksiya verib.
“Cəbhədə şiddətli döyüşlər gedir. Bu, cəsədlərin axtarılmasını çətinləşdirir. Digər tərəfdən, komandirlər də ölənlərlə bağlı statistikanı apara və vaxtında bizə məlumat verə bilmirlər”, deyə o vəziyyətə aydınlıq gətirməyə çalışıb.
Ovannisyan ölənlərin siyahısını açıqlayarkən “əllərində olan meyitlərə görə” davrandıqlarını da bildirib, həmçinin övladlarını axtaran çoxsaylı ailələrdən üzr də istəyib.
“Düzgün başa düşün, bu, tamamilə fərqli müharibədir, bu, sadəcə dəhşətdir. Bu nə birinci müharibəyə, yəni ötən əsrin 90-cı illərindəki müharibəyə, nə də Aprel savaşına bənzəyir. Biz əsgər valideynlərindən üzr istəyirik", deyə Arsrun Ovannisyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə