Yerevan siyasi-diplomatik və hərbi dalanda: Rusiyalı ekspertlərin fikirləri - News.Ru

Rusiyalı analitik və hərbi ekspertlər hesab edir ki, Ermənistan ordusu cəbhədə, Yerevanın propoqandist fəndləri isə beynəlxalq arenada müvəffəqiyyətsizliyə uğrayıb

News.Ru xəbər saytında Qarabağ ətrafında baş verən proseslərlə bağlı maraqlı analitik yazı dərc olunub. İşğal altında olan Qarabağda düşdüyü böhrandan çıxmaq və mövqelərin itirilməsini dayandırmaq üçün Ermənistanın əlində çox az imkanlar qaldığını qeyd edən yazıda qeyd olunur ki, Paşinyanın kömək üçün xarici dövlətlərə etdiyi müraciətləri də nəticə verməyib. Nəticədə Yerevan həm hərbi, həm siyasi cəhətdən "tupikə" dirənib. Saytın analitiki İqor Nikiforov Azərbaycan-Ermənistan cəbhəsində yaranmış hərbi, siyasi, diplomatik situasiyanı təhlil edərkən bu qənaətə gəlib.

Qeyd olunur ki, döyüşlər başlanandan Paşinyan böyük dövlətlərin liderlərinə aramsız zənglər edib, lakin bu, heç bir effekt verməyib. Bütün dövlətlər, o cümlədən Rusiya qarışmamağı üstün tutub.

Müəllif vurğulayır ki, beynəlxalq dəstəkdən məhrum olması, Qarabağ cəbhəsində mövqelərin fasiləsiz itirilməsi fonunda Ermənistan qəribə fəndlərə əl atıb.

Misal üçün, cəbhə bölgəsində Azərbaycan aviasiyasının vurulması, qarşı tərəfdən xarici döyüşçülərin iştirak etdiyi, mülki əhaliyə qarşı bombardman haqda dezinformasiyalar buraxır. Halbuki, bunların heç birini sübut edəcək, dəlil, fakt, sənəd təqdim edə bilmir. Necə ki, qəzaya uğrayan Ermənistan hərbi təyyarəsinin Türkiyə təyyarəsi tərəfindən vurulması haqda yalan xəbəri sübut edə bilmədi. Heç bir dövlətin peyk çəkilişlərində belə bir fakt qeydə alınmayıb.

İqor Nikiforovun qənatəinə görə, Türkiyə dronlarının istifadəsi ilə bağlı Yerevanın iddiası da gülüncdür. Çünki Azərbaycan ən çoxu Rusiyadan olmaqla bir çox ölkələrdən, o cümlədən də Türkiyədən rəsmi şəkildə müxtəlif silah və texnika alıb və bunları da qanuni olaraq döyüşlərdə istifadə edir. Türkiyənin guya müharibədə iştirakı haqda da saxta xəbərlər yayan Ermənistan rəhbərliyi bu barədə heç bir fakt qoya bilmir.

Analitik yazır ki, Ermənistan tərəfinin təkziblərinə baxmayaraq, cəbhə bölgəsində olan xarici jurnalistlər və açıqlanmış rəsmi məlumatlar da təsdiq edir ki, Azərbaycan Ordusu çox mükəmməl əks-hücum kampaniyası aparır və davamlı olaraq işğal edilmiş ərazilərini, yaşayış məntəqələrini azad edir, strateji nöqtələri ələ alır.

Müəllif qeyd edir ki, tərəflərin informasiyalarının obyektivliyi də fərqlidir. Belə ki, Azərbaycan tərəfi vurduğunu elan etdiyi bütün hərbi obyekləri və texnikanın videokadrlarını nümayş etdirir, Ermənistan tərəfi isə bəyan etdiklərinin heç birini sübut edə bilmir.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kiril Semyonov isə hesab edir ki, Ermənistan hakimiyyəti özünün müharibəyə xarici müdaxilə haqda əsəbi bəyanatlarında məğlubiyyətə uğrayıb, çünki bu haqda heç bir fakt yoxdur.

Ekspert deyr ki, erməni tərəfini özünün təklənmədiyini göstərmk üçün digər ölkələrə də problem yaradır. Belə ki, erməni mediası İranın onlara hərbi yardım etməsi haqda saxta xəbərlər buraxandan sonra İran XİN-in rəsmi nümayəndəsi bunu təkzib etdi və bəyan etdiyi ki, İran öz ərazisindən hərbi yüklərin keçirilməsinə imkan vermir.

Hərbi ekspert Yuri Lyamin təsdiq edir ki, erməni mediasının İran vasitəsilə Ermənistana hərbi yüklərin gətirilməsini siyasi və hərbi dəstək kimi göstərməsi absurddur: "Şahidlər və fotofaktlar göstərir ki, bu maşınlar və texnikalar "Qafqaz-2020" hərbi təlimlərinə gətirilmiş və təlim başa çatdıqdan sonra Gümrüdəki 102 nömrəli Rusiya hərbi bazasına geri qaytarılan maşınlardır və bunun Ermənistan Ordusuna heç bir aidiyyatı yoxdur".

Yuri Lyamin Paşinyanın çox mürəkkəb vəziyyətə düşdüyünü vurğulayıb. Onun fikrincə, bu səbəbdən müxtəlif proqoqandist fəndlərlə Rusiya-Türkiyə və Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq üçün hər yola əl atır, lakin bu, effekt vermir.

Belə situsiyada Yerevanın əlində danışıqlar masasına qayıtmaqdan başqa heç bir variant qalmayıb. Xüsusilə də, daxili böhranın getdikcə kəskinləşdiyi bir vaxtda. Sülh danışıqları isə yalnız Azərbaycanın işğal olunmuş 20 faiz ərazisindən hərbi birləşmələrin tamamilə çıxdığı halda baş tuta bilər.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə