Fazil Mustafa: “Yalnız Rusiyanın iştirakı ilə problemin həllinin prespektivi olmadığı düşüncəsindəyəm” - MÜNASİBƏT
"Prezidentlərin Soçi görüşündə müəyyən irəliləyişlərin olduğunu söyləmək olar. Ən azı anlayış baxımdan hərbi əsirlərin qaytarılmasında razılığa gəlinməsi müsbət bir haldır. Ancaq bütövlükdə yalnız Rusiyanın iştirakı ilə problemin həllinin prespektivi olmadığı düşüncəsindəyəm". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Rusiya bu problemin həllini daha çox uzatmaqda maraqlıdır və Qarabağ mövzusunda strategiyası da buna xidmət edir. Onun sözlərinə görə, indi Rusiyada hansı bir fövqəladə vəziyyət baş verməyib ki, o, öz strategiyasından imtina edir.
"Bu baxımdan inandırıcı görünmür ki, Rusiya problemi həll etməyə çalışır. Burada əsas məsələ odur ki, Rusiya ABŞ və Avropaya özünün dominantlığını göstərmək üçün tez-tez belə təmasların qurulmasını təşkilatçı kimi önə çəkərək rolunun daha güclü olduğunu, Rusiya ilə hesablaşmağın vacib olduğunu vurğulamağa çalışır. Bundan başqa yenilik yoxdur. Tərəflər arasında da hər hansı bir şəkildə problemin çözülməsi imkanları məhduddur. Bu məsələyə mütləq Avropa qurumları və ABŞ da Rusiya ilə birlikdə qatılmalıdır, əks halda bizim üçün arzuolunan nəticələri əldə edə bilməyəcəyik".
F.Mustafa vurğulayıb ki, hər halda burada uğurdan, müsbət bir irəliləyişdən danışmaq olmaz. Sadəcə müəyyən anlayışların, hərbi əsirlərin qaytarılması məsələsində fikirlərin üst-üstə düşməsinin nisbətən ümidverici olduğunu deyən millət vəkili qeyd edib ki, başqa məsələlərdə hər hansı bir şəkildə Ermənistan torpaqlardan çıxmır, Qarabağ ətrafı rayonları boşaltmır və Azərbaycanın da hər hansı bir güzəştə getməsi üçün heç bir əsas qalmır. Bu baxımından da yenilik, irəliləyişlərin olmadığını deyən millət vəkilinin sözlərinə görə, sadəcə gələcəyə doğru öz mövqeyimizi gücləndirməklə məşğul olmalıyıq ki, nəticəni bundan sonra əldə etməyə çalışaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB