Fuad Muradov: “Müxalifət \"Avroviziya\" kimi əhəmiyyətli tədbiri xırda siyasi məqsədlərinə qurban verməməlidir”-MÖVQE

"Avroviziya\" kimi əhəmiyyətli tədbiri xırda siyasi məqsədlərə qurban vermək olmaz". Bunu SİA-ya açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Onun sözlərinə görə, müxalifətin keçirdiyi aksiyalar sadəcə diqqət çəkməkdən başqa bir şey deyil: "Normal düşünən hər bir insan bilir ki, siyasətin öz yeri, siyasi mübarizənin öz metodları var. Bu cür beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində bu tip aksiyalar və ya toplantılar keçirməklə hay-küy yaratmaq, insanların dincliyini pozmaq, eləcə də ölkəmizin adına xələl gətirmək düzgün deyil. Biz hamımız çalışmalıyıq ki, bu tədbiri yüksək səviyyədə həyata keçirək".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın son illər artan iqtisadi və siyasi gücünü bütün dünyaya göstərdiyi bir zamanda müxalifətin bü cür toplantılar keçirməklə ölkənin sabitliyini pozmaq cəhdi əslində düzgün mövqe deyil: "Bizim Qarabağ kimi ədalətli həllini tapmayan məsələmiz var. Bizim ərazi bütövlüyümüz pozulub. Bütün tədbirlərimiz bu yöndə istiqamətlənməlidir ki, erməniləri ifşa edək. Çalışmalıyıq ki, onlar danışıqlara gəlib ərazilərimizdən əl çəksinlər. Ona görə siyasi baxımdan bütün qüvvələr Azərbaycanın bu gününü dəstəkləməli və birgə irəli getməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə