"Azərbaycan və İran arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır" - MİLLƏT VƏKİLİ

"Azərbaycan və İran arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır" - MİLLƏT VƏKİLİ

"Bu gün Azərbaycan-İran əlaqələrinin müxtəlif istiqamətlər üzrə inkişafı davam edir. İki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Xüsusilə nəqliyyat bağlantılarının inkişaf etdirilməsi qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir". Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında yeni körpülərin və avtomobil yollarının inşa edilməsi bu prosesə mühüm töhfə verir: "Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi həm insanların, həm də yüklərin hərəkət imkanlarını genişləndirərək Azərbaycanla İran arasında iqtisadi əlaqələrin daha da intensivləşməsinə şərait yaradır.

Hazırda əsas məsələlərdən biri qarşılıqlı iqtisadi əlaqələrin gücləndirilməsidir. Bu istiqamətdə yol və digər nəqliyyat infrastrukturlarının yaradılması iki ölkə arasında əlaqələrin inkişafına və əməkdaşlığın daha da genişlənməsinə xidmət edir".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə